“İrəvansız 100 il” - FOTOLAR

“İrəvansız 100 il” - FOTOLAR
Tarix: 11.05.2018 20:30
Oxunma sayı: 53
Paylaş:

“İrəvansız 100 il” adı altında Azərbaycanın ali, orta ixtisas məktəblərinin tələbələri, həmçinin Azərbaycan Respublikasında hərbi xidmət keçən hərbi qulluqçular arasında maarifləndirici tədbirlər keçirmək vasitəsilə bu gün dünyada odlu silahdan da təhlükəli və effektiv olan informasiya müharibəsinin ərazi bütövlüyünün 20 % təcavüzkar Ermənistan tərəfindən işğal olunan Azərbaycan üçün vacibliyini çatdırmaq, sosial şəbəkələrdə informasiya müharibəsinə yönəlmiş prosesslərdə gənclərin aktiv olması məqsədi ilə “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyinin keçirdiyi tədbirlərdən biri bu gün 246 saylı orta məktəbdə baş tutdu.

Tarixi faktlara əsaslanaraq qədim Azərbaycan torpağı olan İrəvanın Ermənistana güzəştə gedilməsindən danışan BİRA ictimai birliyinin sədri Zaur Qəriboğlu qeyd edib ki; “Tarix boyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərərk, işğalçılıq siyasəti aparıblar. Ölkə başçısı cənab İlham Əliyevin: “Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq” fikrinə dayanaraq, biz QHT və ictimaiyyət nümayəndələrinin də üzərinə düşən vəzifə borcudur ki, informasiya məkanında ölkəmizin haqlı mövqeyini müdafiə edək, cənab prezidentin bu istiqamətdə apardığı uğurlu siyasətə ictimai dəstəyi artıraq. Bizim təşkilatın da əsas məqsədi məhz, informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdır”

2018 – ci il Azərbaycan tarixində mühüm illərdən biri hesab edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla birgə bir çox dövlət qurumlarının da 100 illik yubiley bayramlarıdır. Amma bu bayramlarla yanaşı bu gün Azərbaycan torpaqlarının 20 % - ni işğal altında saxlayaraq, torpaqlarımıza ərazi iddiası edən Ermənistanın bir dövlət olaraq var olma səbəbinin məhz, yenə, Azərbaycan torpağı olan İrəvanın onlara güzəştə gedilməsinin 100 ili 29 may tarixində tamam olacaq. Lakin zamanında ərazisi 9 min kv metr olan Ermənistanın bu gün isə ərazisi 30 min kv metrdən çoxdur. Sovet hakimiyyəti illərində Qars müqaviləsinin bütün müddüaları pozularaq, Azərbaycan əraziləri ermənilərə güzəştə gedilib.

"Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas da tədbirdə çıxış edərək, İrəvan xanlığının tarixindən, qədim Azərbaycan şəhəri İrəvanın intibah dövründən söhbət açıb. O, Prezident İlham Əliyevin öz çıxışlarında İrəvan şəhərinin tarixi Azərbaycan torpağı olmasını xatırlatdığını diqqətə çatdırıb. Bildirib ki, vaxt gələcək Silahlı Qüvvələrimizin rəşadəti hesabına üçrəngli, ay-ulduzlu bayrağımız Dağlıq Qarabağda, işğal altındakı digər ərazilərimizdə dalğalanacaq, tarixi torpaqlarımız üzərində tam nəzarət yenidən özümüzə qayıdacaq.

Reaksiya.az

Şərhlər