Azərbaycan Ordusunda “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilib

Azərbaycan Ordusunda “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilib
Tarix: 18.05.2018 13:02
Oxunma sayı: 464
Paylaş:

2018-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri ilə “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilib.
Reaksiya.az xəbər verir ki, yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın nəticələrinə görə fərqlənən hərbi qulluqçulara Müdafiə naziri adından mükafatlar təqdim olunub.

Reaksiya.az

Şərhlər