Əfv siyahısı prezidentə təqdim edilib

21.05.2018 12:43     Sosreaksiya     1133

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında müraciətlərinə müsbət rəy verilən məhbusların siyahısı prezident İlham Əliyevə təqdim olunub.

Tövsiyə xarakterli siyahıda 1100 məhbusun adı yer alıb.

Dövlət başçısının yaxın günlərdə əfv sərəncamı imzalayacağı gözlənilir.

Reaksiya.az

Şərhlər