Cəlilabadda avtomobil dirəyə çırpılıb, iki nəfər xəsarət alıb

Cəlilabadda ağır-yol nəqliyyat hadisəsi baş verib.

VAZ 2106 markalı avtomobil hərəkətdə olarkən yoldan çıxıb və dirəyə çırpılıb.

Nəticədə avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alan Hüseyn Kəmaləddin oğlu Həsənov və Mehdi Arzu oğlu Abdullazadə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onlara yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır. (APA)
Reaksiya.az

Advertisement Banner

Şərhlər