İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Qusarda yerləşən hərbi hissədə monitorinq keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Qusarda yerləşən hərbi hissədə monitorinq aparıb.

Komitənin sədri Tural Hüseynov bildirib ki, Müdafiə Nazirliyinin razılığı ilə həyata keçirilən monitorinq zamanı hərbi hissənin tibb məntəqəsi, yeməkxana, yataqxana və hamamına baxış keçirilib: “Tibb məntəqəsində əsgərlərin müayinəsi üçün hər cür şərait yaradılıb. Hərbi hissənin yeməkxana və çörəkbişirmə sexində sanitar-gigiyenik qaydalara yüksək səviyyədə əməl olunur. Əsgərlərin yeməyini mülki şəxslər bişirir və onlar həmçinin hərbi hissədə təmizlik işlərini həyata keçirirlər”.

 

T. Hüseynov hərbi hissədə qeyri-insani rəftar və ya işgəncə faktının qeydə alınmadığını bildirib. (APA)

Reaksiya.az

 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar