Azərbaycan -Dərbənd QHT-ləri arasında dostluq görüşü keçirilib - FOTOLAR

25.05.2018 21:33     Sosreaksiya     1143

Mayın 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının konfrans zalında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə   elan etdiyi Qrant müsabiqəsındə qalib olan "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" ictimai birliyinin sədri  Radə Abbas və Aybəniz Qafarlı ilə Dərbənd şəhərində fəaliyyət göstərən bir çox təşkilat nümayəndələri arasında dostluq görüşü keçirilib.

Tədbirdə iştirak edən Azərbaycan Dövlət İqtisad Universitetinin  direktoru Təranə Abbasova, Azərbaycan Dövlət Dram Teatrının direktoru  Firdovsi Əsgərov, Vaqif İsgəndərov, Tahir Saleh, Rafiq Mövsümov, Tofiq Bağırov, Telman Nəriman Hüseynov,  "Dərbənd" qəzetinin nümayəndələri, müəllimlər və  Azərbaycan tələbələr iştirak ediblər.

Görüşdə bölgələr arasında əlaqələrin rolundan danışan “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətindən, uzun illərdi davam edən qonşuluq münasibətlərindən danışaraq bu gün bu əlaqələrin inkişafında iki ölkə arasında QHT nümayəndələrinin rolunun vacibliyini qeyd edib. Radə Abbas qeyd edib ki, xalqlarımız min illik tarixə, ümumi köklərə, oxşar mədəniyyətə və ənənələrə malikdir. Dağıstan və Azərbaycan əhalisi arasında ictimai fəallığın artırılması, əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılmasında birgə fəaliyyət göstərməli əlaqələri möhkəmləndirməliyik. 

Tədbir iştirakçıları bu münasibətlərin inkişafından danışaraq öz fikirlərini bildiriblər.

Tədbirin sonunda universitet rəhbərliyinə və digər tədbir iştirakçılarına diplom və  hədiyyələr verilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar