Türk Dünyası Parlament Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etdi. - FOTOLAR

30.05.2018 15:43     Sosreaksiya     1364

Türk Dünyası Parlament Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etdi. 100 illik münasibətilə Nail Çələbi başçılıq etdiyi heyət 100 il əvvəl Azərbaycan demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin Ankara Cebecidəki qəbirini ziyarət etdi.
Qəbir önünə çələng qoyan heyət Rəsulzadəni rəhmət və minnətlə andı.
Birliyin sədri Nail Çələbi, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin bugünkü Türkiyə Respublikasının əsas qaynağı olduğunu söylədi.
Nail Çələbi, Rəsulzadənin böyük bir lider olduğunu vurğulayaraq: "23 ay içində demokratik və çox partiyalı respublikanın ən gözəl nümunəsini verdi və latın əlifbasını gətirdi ..." deyə danışdı.
 
Nail Çələbi Azərbaycan Xalq Cümhuriyyətinin ən vacib xüsusiyyətini aşağıdakı kimi izah etdi.
"Dövlətin milliyyəti Türk idi və dil Türk dili idi".
Bu xüsusiyyətləri ilə bugünkü müasir Türkiyənin əsas qaynağını meydana gətirdiyini söyləyən Nail Çələbi böyük lider Məmməd Əmin Rəsulzadəyə mərhəmət və minnətdarlıq etdi.
Çələbi sözlərini: "Neçə 100 illərə can Azərbaycan, Ruhun şad, məkanın cənnət olsun böyük lider" sözləri ilə tamamladı.
 Daha sonra Azərbaycanda fəaliyyət göstərən keçmiş səfir, diplomat, müşavir  nümayəndələr də böyük lider Rəsulzadənin qəbrini ziyarət etdi.
Səfir Hulusi Kılıç, Bir kərə yüksələn bayraq bir daha enməz sözünün bütün məzlum millətlərin düsturu olduğunu söylədi.
Kılıç: "Türkiyə Respublikasının əsas qaynağının da Azərbaycan Xalq Cümhuriyyəti olduğunu ifadə edərək Azərbaycan və bütün Türk dünyasının bu qürur gününü təbrik edir, Ulu Öndər Rəsulzadəni rəhmətlə xatırlayırıq "dedi.
 

Şərhlər