Azərbaycan ordusunun silahlanmasında yer alan “Barak-8” Rusiya qanadlı raketlərinə qarşı

İsrailin Hərbi Dəniz Qüvvələri offşor neft-qaz yataqlarının və ölkənin sahilboyu infrastrukturunun müdafiəsinə yönəlmiş irimiqyaslı təlimlər keçirib. Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, təlimlərdə Azərbaycan ordusunun da silahlanmasında yer alan “Barak-8” raketdən müdafiə sisteminin köməyi ilə müasir uçan qanadlı raketlərin vurulması da sınaqdan keçirilib. “Barak-8” hədəfi yüksək dəqiqliklə vurub.

Təlimlər iki ssenaridə keçirilib-müdafiə və hücum. Birinci hissədə offşor qaz yataqlarına şərti raket hücumu həyata keçirilib. Bu hücum “Barak-8” raketdən və hava hücumundan müdafiə kompleksinin dəniz versiyası tərəfindən qeydə alınıb, “Barak-8” raketləri hədəfi vurub.

İkinci hissədə isə İsrail hərbi dəniz qüvvələrinin raket katerləri düşmən gəmilərinə atəş açıb. Təlimlər dənizdə artmaqda olan ballistik təhdidlərə qarşı keçirilib. İsrail ordusunun məlumatına görə Suriya rejiminin əlində Rusiyanın verdiyi gəmilər əleyhinə müasir “Yaxont” raketləri var, bu raketlərin köməyi ilə İsrailin Hayfa və Aşdod limanlarının işini iflic etmək, habelə qaz yataqlarını hədəf almaq mümkündür. İsrail ordusu habelə nəzərə alır ki, bu raketlərin “Hizbullah”a da ötürülməsi mümkündür.

 

Ona görə də hərbi dəniz qüvvələri bu ssenariləri nəzərə alaraq öz döyüş qabiliyyətini gücləndirir, hərbi gəmilərdə “Barak-8” kompleksləri ilə yanaşı quru qoşunlarında özünü yaxşı göstərmiş “Gil” və “Tamuz” raketləri də yerləşdirilir. Habelə gəmilərin silahlanmasına “Spike” raketlərinin də qəbul edilməsi nəzərdə tutulur.

Azərbaycanın İsraildən “Barak-8” komplekslərini alması artıq məlumdur. Bu komplekslər təlimlərdə də sınaqdan keçirilib və yüksək nəticə göstərib. Hələlik döyüş şəraitində tətbiq edilməsə də “Barak-8” komplekslərinin Rusiyanın Ermənistana verdiyi “İsgəndər” raketlərinə qarşı da effektiv vasitə olduğu təxmin edilir.

“Yaxont” gəmilər əleyhinə qanadlı raketləri Rusiyanın “Oniks” raketlərinin ixrac versiyasıdır. Dünyada gəmilər əleyhinə ən effektiv raketlərdən hesab edilir. Trayektoriyanın seçilməsindən asılı olaraq 120-500 kilometr radiusa malikdir, “Stels” texnologiyasına əsaslanır və radarlara yaxalanmamaq göstəricisi yüksəkdir. “Atəş aç-yaddan çıxar” prinsipi ilə uçur, yəni raketin hədəfə doğru uçuşu tamamilə avtonom rejimdədir.

Virtualaz.org

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər