İçdiyimiz suya, görün, nə axıdırlarmış - Nazirlik

Ceyranbatan Dəmir-Beton ASC və heyvandarlıq təsərrüfatından tullantılar Ceyranbatan Su Anbarına axıdılırmış.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılması ilə bağlı reyd keçirilib.

Araşdırma zamanı Ceyranbatan Su Anbarını qidalandırmayan kanalın sanitar-mühafizə zonasında yerləşən heyvandarlıq təsərrüfatlarında və Ceyranbatan Dəmir-Beton ASC-də formalaşan tullantı sularının birbaşa kanala axıdıldığı aşkar olunub.

Faktlarla bağlı heyvandarlıq təsərrüfatlarının sahibləri Yaşar Səfərov, Dilqəm Vəliyev, Famil Rüstəmov, Mahir Səfərov, Etibar Səmədov, Firdovsi Səfərov və ASC-nin cavabdeh şəxsi Atəş Əmiraslanov barəsində protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 6950 manat məbləğində cərimə edilib.

Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt bələdiyyəsinə və aidiyyəti orqanlara məktublar göndərilib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər