MƏŞHUR MÜĞƏNNİMİZİN OĞLU HƏBS EDİLDİ

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.
Reaksiya.az  Unikal.org-a istinadən xəbər verir ki, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.
 
 
Məsəli ilə bağlı Lent.az-ın əməkdaşı Aytac Bərdəli ilə əlaqə saxlayıb. O isə bundan xəbərsiz olduğunu deyib: "Niyə ancaq lazımsız mövzularda jurnalistlər mənlə əlaqə saxlayır? Səhərdən telefonlarım susmur. Hamı məndən bir açıqlama gözləyir. Amma mən heç bu xəbəri saytda da oxumamışam. Məsələdən tam xəbərdar olandan sonra nəsə deyə bilərəm”.
 
 
Advertisement Banner

Şərhlər