Ölkəyə saxta dərman gətirilməsinə qarşı tədbirlər - Yeni sistem yaradılır

“Elə bir sistem yaradılmağa çalışılır ki, saxta dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınsın”.

Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov bildirib.

 Ə.Əhmədov bildirib ki, Nazirlər Kabinetində bununla bağlı toplantı keçirilib, müvafiq qurumlar dəvət olunub:

“Ciddi araşdırmalar aparılıb. Həmçinin işçi qrupu yaradılıb ki, ölkəyə saxta dərman gətirilməsinin qarşısının alınması üçün təkliflər versin. Bu, bütün dünyada problemdir, ancaq biz çalışacağıq ki, ölkəyə saxta dərman gətirilməsi səviyyəsi ciddi şəkildə aşağıya salınsın və insanlarımız bundan ciddi əziyyət çəkməsinlər”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər