Universitetin kafedra müdiri 70 min qrant qazandı | Reaksiya

Universitetin kafedra müdiri 70 min qrant qazandı

Elmin İnkişafı Fondunun elmi prioritetlərə uyğun olaraq keçirdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsinin nəticələri elan edilib. 

 Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev (rəhbər) və İnşaat – texnologiya fakültəsinin dekanı, professor  Tahirə Haqverdiyevanın (həmrəhbər) layihəsi müsabiqədə qalib gələn işlər arasında olub

Qrant qazanan “İnşaat sektorunda istifadə olunan materiallarda radioekoloji və kimyəvi risklər, idarəolunma mexanizmləri və elektron məlumat resurslarının yaradılması” layihəsinin icra müddəti 12 ay və ümumi büdcəsi 70 000 AZN təşkil edir. Universitetimiz bu layihəni AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə birgə yerinə yetirəcək. Layihədə rəhbər, həmrəhbər və icraçılar olmaqla ümumilikdə 6 nəfər fəaliyyət göstərəcək. 
  

 


Reaksiya.az

 
Advertisement Banner

Şərhlər