Müstəqil Azərbaycanımın “ELÇİSİ- DEMOKRAT BƏYİM”

16.06.2018 00:22     Sosreaksiya     1221

Mən xoşbəxtəm ,fəqət həm də bədbəxtəm. Xoşbəxtəm ki, ömür illərimin 22 bəzəyi olsa da, suveren çağdaş ölkənin gənciyəm. Bəxtəvərəm ki, bu müstəqil dövlətdə “azadlıq” kimi cahanşumul fikri mənəviyyatımıza geniş formada siraət etdirmişik.  Bədbəxtəm ki, bu azadlıqlarımız bizə çox “AZADLIQLAR” vermir.Az abadlıqlar içində ömür sürdürmək gürzənin boğazına sarılıb gəzməyidir insanın sanki. Bədbəxtəm ona görə ki, vicdanımızın kökünə alovlu vətənpərvərliyi xəncər kimi sarman AYDINLARIMIZIN RUHU QARANLIQLAR İÇİNDƏ çarpışır.

“AYDIN KİTAB” ımızın “İLK MÜSTƏQİL SƏHİFƏSİ”- Əbülfəz  Əliyevin (Əbülfəz Elçibəyin) doğum günü yaxınlaşır. Onun haqqında  qaymaq həmkarlarımdan fərqli olaraq, nə qiyabi xatirələrim, nə canlı ünsiyyət, nə də ortaq dost-tanışlarım yoxdu. Mən həm də buna görə bədbəxtəm. Onun barəsində əlimə keçən yalnız sosial şəbəkələrdəki sadəliyini hər zaman və hər yerdə XALQININ yanında olduğunu bildirən videoları oldu. Elə zatən ondan geriyə qalan izləyə biləcəyimiz canlı-cansız YADİGARLARDIR bunlar bəlkə də.

Bəli,Azərbaycanın labirintli taleyi həmişə dilemmalar və paradokslar qarşısında qalması siyasi böyüklərimizə və azca zəkası olan adamlara məlumdur.

EY MƏNƏVİ ATAMIZ  

Bu çətinliklər önündə nəbzin Azərbaycanın məğlub olmaması  üçün başqaları üçün ÜMDƏLİKLƏRƏ asanlıqla YOX deyə bilən SİYASİ MÜTƏFƏKKİRİMİZ.

Bəlkə də siyasət sənin ruhun deyildi. Bəlkə də buna görə aldadıldın. “Oğlu”nun əlindən tutmaq üçün qayıdacağın yollara kilid vuruldu. 4 il ayrı düşdün CANPARƏNDƏN. Bütün bunlara görə səndən asılı olmayan səbəblərdən yağı oldun bəzi “bizlər” üçün.  Yağmalayan oldun həmin “biz”lərə. BİZLƏRLƏ çulğalaşan arzularını minqat tikdilər ürəyinə. İstəyin ürəyində qoyulub kənarlaşdırıldın. Bu azmış kimi düşmən kimi tanıdıldın avamların gözündə.

Sənə ÖVLADININ ƏLLƏRİNDƏN QANDALLARI açmağa söz verənlər  öz mənafeləri üçün arxadan vurdular zərbəni. Elə bir zərbə ki açdığı yara yerinin üstü qapanmır, sağalmır, əksinə dünya boyda genişlənir, ordan sel kimi axan qanlarla.Bu acı sağalmırdı, düzəlmirdi, düzələ bilmirdi. Çünki ruhumuz qanamışdı, qanadılmışdı Sən xalqın üçün hər şey etdin. Fəqət bu xalq sənin fədakarlığını gec bildi. Amma nə fayda. Sonrakı peşmançılıq fayda verməz deyiblər.

Sən NƏBZİNİN döyünməsi üçün fonendoskopunu qalpağını geyinsən də, sənin ehtiyacın anında həyata qaytardığın XƏSTƏDƏN verdiyin dəstəyi görmədin.

DİRÇƏLƏN ÜRƏYİN öz damarlarında səni yox başqalarını gördü və ya gördürüldü.  Səni daha çox bu əzdi bu soyutdu.Tufanın üzünə çırpılması, şaxtanın bədənini dondurması bu idi.  Məhv edən qalibiyyətə yenilməyin idi bəlkə də.

Az müddətdə milyonların sevgisinə çevrilən BÖYÜK TÜRKLÜYÜN ATASI, sakit məhvetmə yoluyla addımlayan ölüm silahının dəstəyini tərs çevirəmmədin. özündən qalib gələ bilmədin ona.

Oğlunun başının aldadılmasının  sona qədər davamiyyəti olmadı. DƏFNİNDƏ deyilən bu sözlər yuxarda dediyim avamlığı silib-süpürüb apardı:”ƏN BÖYÜK ELÇİBƏY BAŞQA BÖYÜK YOX”   Bu sözləri həzm etmək də çətin idi.  

Sən övladının çətinliklərlə də olsa böyüməsini görmədin.

 

DOĞUM GÜNÜN QUTLU OLA  RAHAT UYU AZƏRBAYCANIMIZIN PARLAYAN ULDUZU

“Yazı Elçibəy-80” adlı yazı müsabiqəsinə təqdim edilir.

 

İmamət İsmayıl Ədil Bəyli

Şərhlər