Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

19.06.2018 13:36     Sosreaksiya     637

Reaksiya.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.

Reaksiya.az

Şərhlər