Lerikdə qızı zorlanan ata danışdı

20.06.2018 13:21     Sosreaksiya     902

Lerik rayonunda məktəblinin zorlanması ilə bağlı qızın atası Rasim Təhməzov Azxəbər-ə danışıb.

Rasim Təhməzov bildirib ki, qızının zorlanması xəbəri yalandır:

“Elnur Məmmədovun qızımı zorlaması və onun hamilə olması haqda iddialar yalandır. Mənim övladım evdədir, heç yerə aparmamışam. 

Qızım VIII sinfi bitirib. Kim yazıb, nə qələt edib, bilmirəm. Mənim internet, sosial şəbəkə ilə əlaqəm yoxdur. Bu sözlər yalandır. Bizim onlarla qohumluq əlaqəmiz var, o ailəyə qız verib, qız almışıq. 

Bizim aramızı vurmaq istəyirlər. Mənim qızımın adını niyə hallandırırlar, mən xəstə adamam. Səhərdən özümə gələ bilmirəm.

Qızımın 14 yaşı var. Elnur qızımı qaçırmaq istəyib, ancaq verməmişəm. Demişəm, qoy qızımın yaşı tamam olsun, sonra verəcəm. Mən də övlad toyu görmək istəyirəm”.

Qızın atası bildirib ki, hazırda qızı ilə Bakıdadır:

“Mən şəkər xəstəsiyəm. Altı aydan bir xəstəliyimə görə müalicə alıram və bu səbəbdən Bakıya gəlirəm. Qızımla Bakıya gələ bilmərəm? Qızım həddi-buluğa çatdıqdan sonra verəcəm həmin oğlana. 

Bizdə “beşik kəsdi” deyilən adət var ki, mən də qızım anadan olanda bu adəti etmişəm. Bizdə qız oğlanı sevsin, oğlan qızı sevsin, belə adət yoxdur. Valideyn kimə istəsə, qızını verir və övlad da valideynin bu qərarı ilə razılaşır. Mən nə desəm, qızım da onu edəcək.

Elnurun 24 yaşı var, əsgərlikdən yeni qayıdıb. Ağlı başında olan, tərbiyəli oğlandır”.

Reaksiya.az

Şərhlər