UNO təyyarənin uçuşuna təhlükə yaratdı

20.06.2018 14:22     Sosreaksiya     916

BŞ-ın Texas ştatında çoxlu sayda insan uçan naməlum obyekt (UNO) gördüklərini bildiriblər.

 UNO görüntüsü Hyuston şəhərində qeydə alınıb.

Uçan boşqab təyyarənin ətrafında sürətlə yerini dəyişərək hərəkət edib. Bu isə qəza şəraiti yaradıb. Sakinlər hava limanının təhlükəsizlik xidmətinə bu barədə məlumat veriblər.

Mütəxəssislər səmanı yoxlasalar da, radarlarda UNO qeydə ala bilməyiblər.

Bəzi məlumatlara əsasən, Hyustonun cənub-şərqində meşə ərazisində yadplanetlilərin bazası var. Bu barədə NASA və ABŞ hərbi hava qüvvələrinin məlumatlı olduğu da bildirilir.

Reaksiya.az

 

Şərhlər