Vətənimi mənim üçün mənim ordum xilas edəcək!!! - FOTOLAR

21.06.2018 14:37     Sosreaksiya     1278

20 iyun 2018- ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində "Vətənimi mənim üçün mənim ordum xilas edəcək " adlı tədbir keçirildi .Tədbirin əsas məqsədi Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində əsgərlərimizi təbrik etmək , Ordumuza ictimai dəstək verməkdi.
 
Əsgərlərlə keçirilən görüşdə doğum günü olan əsgərlərə hədiyyələr verildi . Hərbi hissədə əsgərlərin qarşısında Şüvəlan Mədəniyyət evinin kollektivi , gənc müğənnilərdən Birgül Ağdamlı , Rail Cəbrayıllı , Samir Məmmədov ,Xasay Gülməmmədov , Suna Tapdıqova və gənc meyxanaçı Orxan Sadıqov və Rövşən Əhmədov gözəl musiqilərlə çıxış etdilər.
 
Xanım şairələrdən Aybəniz Qafarlı və Nuridə Misirin gözəl şeirləri əsgərlər tərəfindən alqışlarla qarşılandı.  .
Tədbirdə iştirak edən Müharibə veteranları gənc əsgərlərə tövsiyələrini və arzularını çatdırdılar . 
Layihənin təşkilatçısı , MVQSYIB -nin sədri Rada Abbas tədbirin sonunda hərbi hissənin rəhbərliyinə təşəkkür edib -"Vətən sizdən başlayır , sizlər bizim ümid yerimizsiniz . Allah Ordumuzu qorusun !!! " sözləri ilə yekun vuraraq əsgər kitabxanasına xeyli kitab hədiyyə etdi. Tədbirin sonunda  olan konsert proqramında  iştirak edən sənətkarlara və Müdafiə Nazirliyinin rəsmisinə təşəkkürnamə verildi. Hərbi hissənin komandiri , polkovnik Zülfüqar Abdullayev tərəfindən Rada Abbas Fəxri Fərmanla təltif edildi.
 
Rəsmiyyə Allahverdiyeva
 

Şərhlər