Bakıda “Shacman” sərnişin avtobusuna çırpılıb

22.06.2018 12:53     Sosreaksiya     712

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsində nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib.

Yüklə dolu “Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını “Xaliq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Avtobusun salonundakı sərnişinlər arasında ciddi xəsarət alan olmayıb.

Polis faktla bağlı araşdırma aparır.(report)

Reaksiya.az

Şərhlər