Bakı sakini 1 yaşlı qardaşı qızını maşınla vuraraq öldürüb

25.06.2018 12:22     Sosreaksiya     634

Bakı sakini 1 yaşlı qardaşı qızını maşınla vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 23-də saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı - 1 yaşlı Məryəm Hüseynovanı vurub.

Nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən uşaq orada ölüb. 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Reaksiya.az

Şərhlər