“Günaybank”da 100 milyonu ələ keçirilən vəzifə sahiblərinin adları bilindi

27.06.2018 12:27     Sosreaksiya     794

“Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun banka əmanət olunan 100 milyon manatın hansı vəzifə sahiblərindən mənimsəməsi bilinir. Bu haqda redaksiyamıza daxil olan məlumanatda deyilir ki, ümumilikdə bankda əmanəti mənimsənilən 42 nəfər var. Onların sırasında yüksək vəzifəli şəxslər üstünlük təşkül edir.

Həmin şəxslər istintaqda sorğu-sual olunmaqdan vaz keçmək üçün əmanətlərinin ələ keçirilməsi haqda hüquq mühafizə orqanlarına məlumat verməyə tələsmirlər. Bununla belə Emin Zeynalovun hansı vəzifə sahibinin “Günaybank”dakı hesabından nə qədər ələ keçirdiyi məlumdur. Bundan başqa bankda 100 milyon manatın mənimsənilməsində yalnız sədr müavinin iştirak etmədiyi haqda iddialar da güclənməkdədir.

“Yeni Müsavat”a daxil olan məlumatda iddia olunur ki, Emin Zeynalovun etdiyi bu cinayət əməllərinin heç biri özbaşına edilmiş işlər deyil. Hər birində ən azı atası Zakir Zeynalovun köməyi və “yol göstəriciliyi” vardır.

Картинки по запросу günay bank 100 milyon

“Emin Zeynalov düz 15 gün gizləndi, halbuki onu bütün respublikada axtarırdılar. Yalnız mətbuatda məlumat çıxan kimi atası tez onu təslim etdi. Hansı atası ki, vəzifədən atıldıqdan sonra hökumətin gözünə girmək, yenidən vəzifə əldə etmək üçün başqa dildən kitabları tərcümə etdirərək, öz adından yayımlayıb çap etdirirdi. İndi də oğlunun əməllərini ört-basdır etməklə, qurulan piramidaya nəzarət etməklə məşguldur. Əlindəki hər şeyini itirmiş, özünü yazıq kimi göstərməyə çalışan Zakir Zeynalov, əslində əlbir olduğu bank rəhbərliyi ilə planını icra edir. Hər dəfəsində “bankla borcumuzu bağlamışıq”, deyən Zakir Zeynalov, indi də Eminin ətrafındakı bir çox insandan güc vasitəsi ilə ələ keçirdiyi əmlakları yenə də “Günaybank” adına keçirməklə, bir sözlə özünü sığortalamaqla məşğuldur. Yəni, “baxın ey borc sahibləri, əlimdə heç bir şey yoxdur, sözü olan getsin bankın üstünə”, - deyir və çox gözəl bilir ki, heç kim bank adına keçirilmiş əmlaklar vasitəsi ilə, Emin Zeynalovun oğurladığı pulları geri qaytara bilməyəcək. Bir sözlə Zakir Zeynalov, bank sədri olduğu illərdə “yığmış olduğu” milyonlar dəyərindəki sərvətini heç kimə vermək fikrində deyil. Hamısını bankın adına keçirərək, borc sahibləri ilə böyük oyun oynayır. Çünki, bütün bu planın sahibi, qurucusu, icraçısı elə Zakir Zeynalovun özüdür. 29-30 yaşlı gənc, zəif təbiətli bir insanın bu qədər saxtakarlıq və cinayəti tək başına icra etdiyini düşünmək, əlbəttə ki, gülünc olardı. Məqsədləri pulları mənimsəyərək özlərini də zərərçəkmiş kimi göstərmək və zamanı gəldikdə banka “danışılmış” əmlakları geri qaytararaq oz “lüks” həyatlarına davam etməkdir” – deyə mənbəmiz qeyd edib.

Yada salaq ki, bundan əvvəl yayılan iddialara görə Emin Zeynalov 100 milyon manatı deyil əslində qat-qat az vəsaiti ələ keçirib. Sadəcə, onu “yükləyiblər”. 3 milyon manatı mənimsədiyini müəyyən edib, onu fakt qarşısında qoyublar. İzah ediblər ki, qanun qarşısında 3 milyonu mənimsəyənlə 100 milyonu mənimsəyən arasında fərq yoxdur. Yəni 100 milyonluq bir yeyintini boynuna götürüb “içəri” gedir və bir neçə il sonra mənimsədiyi 3 milyonla rahat həyatını yaşayır...

Bu qalmaqallı bank işi üzə çıxdığı ilk günlərdə mətbuatda E.Zeynalovun ölkədən qaçması və barəsində axtarış elan olunması barədə məlumatlar yayılmışdı. Sonradan bu məlumatlar təsdiqini tapmadı. E.Zeynalov tutduğu vəzifədən azad edildikdən qısa müddət sonra mənimsədiyi pulu qaytarmadığı üçün onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi xəbəri ictimiləşdirildi. Sanki hər şey əvvəlcədən hazırlanan ssenari üzrə gedir.

Reaksiya.az

Şərhlər