"AZƏRBAYCANDA QORXULU ZƏLZƏLƏ GÖZLƏNİLMİR" - QURBAN YETİRMİŞLİ

27.06.2018 12:35     Sosreaksiya     661

Ötən gün Lerikdə 4 bal gücündə zəlzələ baş verib. Azərbaycanda son zamanlar zəlzələlərin aktivləşməsi ilə bağlı məsələyə aydınlıq gətirən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Lent.az-a bildirib ki, demək olar ki, hər zaman zəlzələ baş verir: "Amma baş verən zəlzələlər elə də dağıdıcı gücə malik olmur. Sonuncu dəfə Lerikdə baş verən zəlzələ də çox güclü olmayıb - 4 bal gücündə.
 
Güclü dağıdıcı zəlzələ maqnitudası 6 baldan yuxarı olan, haradasa 7 baldan çox zəlzələlər sayılır. Azərbaycanda 8-9 ballıq zəlzələ gözlənilmir. İki gün əvvəl dənizdə də zəlzələ olmuşdu. O da hiss olunmamışdı, təxminən 3,4 bal gücündə zəif təkan idi. Yaxın zamanlarda Azərbaycanda qorxulu zəlzələ gözlənilmir”.
 
Q.Yetirmişli onu da əlavə etdi ki, anomal istilərin zəlzələ ilə heç bir bağlılığı yoxdur. Çünki elə yerlər var ki, 50 dərəcə isti var, amma orada zəlzələ olmur.
 

Şərhlər

Çox oxunanlar