Məleykə Abbaszadə imtahanları şəxsən izləyəcək

27.06.2018 12:37     Sosreaksiya     728

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə imtahanların gedişini müşahidə etmək üçün rayonlara səfər edib. Sədr gün ərzində bir neçə imtahan mərkəzində olacaq və imtahan prosesini yaxından izləyəcək.

DİM-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, bu gün ümumilikdə 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur.

Xatırladaq ki, iyunun 28-də isə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək. Şəkidə keçiriləcək qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Reaksiya.az

Şərhlər