Şəhər merinin müavinini zibil qabına atdılar

27.06.2018 13:41     Sosreaksiya     711

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində ictimai nəqliyyatda soyğunçuğa cəhd edən şəxs cinayət başında yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az -a verilən məlumata görə, hadisə metronun “28 May” stansiyasının girişində baş verib.

İyunun 26-da saat 8 radələrində metronun “28 May” stansiyasının girişində naməlum şəxs bir qadının çantasını açıq talama yolu ilə alaraq aradan çıxmağa çalışıb. Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxs yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov olduğu müəyyən edilib.

Metropolitendə Polis Şöbəsində saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Reaksiya.az

Şərhlər