Bakı Ali Neft Məktəbi TOP 10 universitet arasında liderdir

27.06.2018 13:45     Sosreaksiya     659

Bakı Ali Neft Məktəbi (BANM) 4 il ərzində ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta ballara görə ölkə üzrə bütün ali məktəblər arasında birinci yeri tutub. Bu haqda Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatında bildirilib.  

2017/2018-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta balların təhlili zamanı ən yüksək nəticə nümayiş etdirmiş top 10 ali təhsil müəssisəsi arasında BANM yenə ən yüksək nəticə nümayiş etdirərək  (678,4 orta bal) liderliyi qoruyub saxlamışdır. (Ətraflı cədvəldə)

Təsadüfi deyil ki, bu ilki ilk qəbul imtahanında I qrup üzrə 700 bal toplamış Əsra Bayramova və Vasif Əsədovun da seçimi məhz BANM olub. Əsra Bayramova "İnformasiya təhlükəsiziyi", Vasif Əsədov isə "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasını seçib.

Qeyd edək ki, ötən il də  I qrup üzrə qəbul imtahanlarında 700 bal toplamış 7 tələbənin hər birinin seçimi BANM olmuşdu. Eyni zamanda ötən iI I qrup üzrə Prezident təqaüdünə layiq görülmüş  25 tələbənin 24-ü BANM-da təhsil alır.

Ali təhsil müəssisələri

                                          Orta bal

2014/2015

2015/2016

2016/2017

2017/2018

1

Bakı Ali Neft Məktəbi

668

675,1

666,5

678,4

2

Azərbaycan Tibb Universiteti

569,5

574,8

580,9

603,1

3

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

601,5

606,5

604,4

595,4

4

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası

578,4

596,2

570,3

576,9

5

 

ADA Universiteti

591,3

605,3

596,1

532,9

6

Azərbaycan Dillər Universiteti

433,1

447,6

446,6

457,5

7

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

452,1

436,1

427,1

430,1

8

Milli Aviasiya Akademiyası

375,6

402,2

410,1

427,2

9

Bakı Dövlət Universiteti

426,8

434,9

427,8

421,2

10

Azərbaycan Dövlət İqtisad Universiteti

390,6

396,1

416,1

412,2

Reaksiya.az

Şərhlər