Nikol Azərbaycanı talayan şirkətlərdə yoxlamalar başlatdı

29.06.2018 13:45     Sosreaksiya     741

Ermənistanın Lori vilayətində mis-molibden mədəni “Teğut” şirkətinin fəaliyyətini dayandırmasına görə ətraf Şnoğ və Teğut kəndlərində aksiyalar dərinləşib.

Kənd sakinləri mədəndə işlərin eks-prezident Serj Sərkisyanın tapşırığı ilə dayandırıldığını bildiriblər.

Onların sözlərinə görə, Qarabağ klanı Paşinyanın Sərkisyan və onun yaxın ətrafına məxsus faydalı qazıntılarla zəngin olan yataqların fəaliyyətinin araşdırılması ilə bağlı tapşırığına etiraz olaraq erməni xalqını hakimiyyətə qarşı qaldırır.

Kənd sakini Lyova Əmirxanyan bildirib ki, fəaliyyəti dayanmış mədəndə çalışan 1200 nəfərə qədər işçı borc içərisindədir və onlar haqlarını hökumətdən tələb edirlər.

Qeyd edək ki, “Vallex Group”, “Base Metals”, ACP, “Lerna metallurgiya İnstitute”, “Teghout” və digər şirkətlərin rəhbərləri və fiziki şəxsləri tərəfindən işğal dövrü ərzində Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü, Qızılbulaq, Zəngilanın Vejnəli, Tərtərin Dəmirli və digər əlvan metal yataqlarından külli miqdarda qızıl və digər əlvan metalların hasilatını aparmaqla qanunsuz gəlir əldə ediblər.

Araşdırmalar zamanı Azərkosmos ASC-nin “Azerski” peykinin yüksək ayırdetməli təsvirləri və geoloji-axtarış məlumatları əsasında işğal olunmuş ərazilərdə yerləşən filiz yataqlarında qanunsuz hasilat işlərinin aparılması sübut edilib.

Həmin faktlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb.(axar)

Reaksiya.az

Şərhlər