Ziya Məmmədovun Bakıdakı villası yandı

02.07.2018 09:42     Sosreaksiya     715

Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb. Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır."Qafqazinfo"nun əməkdaşları hadisə yerinə gedib. Məlum olub ki, Ziya Məmmədova məxsus olan mülklərdən birində səhər saatlarından yanğın başlayıb. Belə ki, elektrik şitində qəfil alovlanma baş verib və yanğının böyüməsinin qarşısı alınıb.

Villanın mühafizəçiləri bildirib ki, yanğının böyüməməsi üçün hadisə yerinə dərhal FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları çağırılıb və qarşısı qısa müddətdə alınıb.

Reaksiya.az

Şərhlər