“Rosbalt”: Azərbaycan arsenalı öldürücü silahlarla təmin olunacaq

02.07.2018 11:45     Sosreaksiya     806

Ermənistan Azərbaycandan qorxduğunu gizlətmir. 

Bu məlumat Rusiyanın “Rosbalt” analitik-informasiya agentliyində yerləşdirilib. 

“Azərbaycanın hərbi potensialı ilə tanış olan və heç olmasa, paradda nümayiş olunan silahları müşahidə edən hər kəs bu fikirlə razılaşa bilər.

Bakıdakı paradda Mi-24, Mi-24G, Mi-35M, Bell-412 helikopterləri, MİQ-29 qırıcısı, Su-25 hücum təyyarələri, “Spayk” tank əleyhinə raket sistemi ilə təhhiz olunmuş çoxfunksiyalı zirehli maşınlar, özüyeriyən minaatan qurğular, pilotsuz uçuş aparatları, zenit-raket kompleksləri, bundan başqa Azərbaycan istehsalı olan digər silahlar nümayiş olunub”, - nəşr bildirib.  

Məqalədə qeyd edilib ki, iyunun 26-da Bakıda keçirilən paradda Rusiya, ABŞ, Çexiya, İsrail, Türkiyə və digər ölkələrin istehsalı olan silahlar təqdim edilib:

“Bakıdakı paradda “Polonez”lər, “Qrad”lar, “Xrizantema”lar, “Xeron”lar və digər silahlar nümayiş etdirilib və bu arsenal Almaniya istehsalı ölümcül silahlarla təmin oluna bilər”.

“Görürük ki, Azərbaycanda silah və hərbi texnika təchizatının diversifikasiyası prinsipi praktikada tətbiq olunur.

Bu fonda Ermənistanın 2016-cı ilin sentyabrında Yerevandakı paradda nümayiş etdirdiyi silahlar solğun görünür.

Həmin paradda ermənilər Rusiya istehsalı “İsgəndər” operativ-taktiki kompleksini və “Smerç” yaylım atəş sistemlərini göstərmişdilər”, - “Rosbalt”ın məqaləsində deyilir. 

Reaksiya.az

Şərhlər