Layihənin icrası ərəfəsində Füzulidə sünnət aksiyası keçirildi. - FOTOLAR

02.07.2018 12:10     Sosreaksiya     1040

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ldə elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması” adlı layihə Rusiyada və Azərbaycanda icra ediləcəkdir. Layihənin məqsədi Rusiya və Azərbaycan qonşuluğunun tarixi kökləri, Azərbaycan və Rusiya QHT-ləri arasında əməkdaşlıq, Dağıstan və Azərbaycan əhalisi arasında ictimai fəallığın artırılması, əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması işləri nəzərə tutulur.

Gəncə şəhəri Ağdam Ağcabədi rayonlarının təhsil ocaqlarında tələbə və müəllim kollektivləri ilə görüşlər keçirilib.

30 iyun 2018-ci il tarixində Füzuli rayonunda yerləşən Diaqnostika Mərkəzində layihənin icrasında nəzərdə tutulan əlilliyi olan ailələrin və imkansız imtiyazlı ailələrin uşaqlarına sünnət aksiyası keçirildir.  Füzuli, Beyləqan və Cəbrayil rayonlarının müxtəlif kəndlərindən olan ailələrin uşaqlarına sünnət olundu.

Sünnət aksiyasının keçirilməsində Füzuli rayon Diaqnostika Mərkəzinin rəhbəri  Cümşüd Məmmədov, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Natiq həkim, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Hüseyin Əhmədov yaxından köməklik etdilər. İşlərin təşkilində  Asif Quliyev, Xəyal və Rahim qardaşları yaxından köməklik etdilər.

Türkiyənin Azərbaycanda fəaliyyət göstərən Səfiri Erkan Özoralın həyat yoldaşı Məltəm Özoralda sünnət aksiyamıza yardım etdi.  Türkiyənin Gəncə Baş Konsulu Orhan İşık sünnət olunmuş 50 nəfər uşağa geyim hədiyyələri yolladı. Hədiyyələri Konsulluğun əməkdaşı Ramin İsmayılov və işadamı Kıyas Akkurt   təqdim etdi.

Həmin gün, Sünnət aksiyamız başa çatdıqdan sonra  N saylı hərbi hissə əsgərləri ilədə görüş oldu. Hərbi hissə kitabxanasına müxtəlif kitablar hədiyyə edildi. Onlarla söhbət etdik, Türk Dünyası qəzetinin baş redaktoru, şairə Aybəniz Qafarlı öz şerləri ilə əsgərlərimizi sevindirdi. Türkiyədə təhsil alan tələbələrimiz Arzu Qocayev, Yavər Hüseynzadə, jurnalistlər Rəsmiyyə Allahverdiyeva, "Billur" production studiyasının rəhbəri Billur Məmmədova əsgərlərmizlə görüşlərdə onlara öz sevgilərini çatdırdılar.  Xalqımızın Azərbaycan ordusuna olan ümidini və orduya hər an dəstək olduğumuzu əsgərlərimizə çatdırdıq.

Layihəmizə dəstəyiniz üçün çox sağ olun dostlar. Çox yaxın zamanlarda yenədə əsgərlərmizlə görüşə gedəcəyik.

Ordumuz QƏLƏBƏNİN ÇOX YAXINLIĞINDADIR.!!!

Uca tanrı ordumuzu, əsgərimizi,  xalqımızı qorusun!!!

 

Şərhlər

Çox oxunanlar