“Yalançının ataba-atasına lənət, əgər Şah İsmayıl fars dövlətinin hökmdarı olubsa”

 

“Kim bunu etsə, onsuz da qarşısında bizi görəcək. Üç and yerim var: xalqım, müsətqilliyim və Ulu Əmr Teymurun ruhudur. Gəlin vətənimizə sahib çıxaq. Nə qədər südü-qanı bizdən olmayanlar Azərbaycanı çapıb-talayacaqlar?”.
 
Milli Azərbaycan Tarix Muzeyində Səfəvilər dövlətinə rəhəbrlik etmiş Şah İsmayıl Xətainin milli mənsubiyyəti haqqında yanlışlığa yol verilməsi ölkə ziyalıları tərəfindən etirazla qarşılanıb. Belə ki, muzeydə Səfəvilər dövlətindən bəhs edən tabloda Ş.İ.Xətainin adının qarşısında böyük hərflərlə onun “BÖKÜK FARS HÖKMDARI” olması iddia olunub. 
 
Moderator.az-a açıqlasında kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov məsələdən bərk əsəbləşdiyini bildirib. Şeyx Əbdül bununla bağlı müvafiq qurumlara müraciət edəcəyini deyib:
 
“Mənə bir məlumat verdilər ki, Milli Azərbaycan Tarix Muzeyində Şah İsmayıl Xətainin fars dövlətinin hökmdarı olmasıyla bağlı yazı yerləşdirilib. İndi toplantıdayam və burdan çıxan kimi aləmi bir-birinə qatacam. Bilmək istəyirəm ki, Azərbaycanın sənət adamları və millət vəkilləri bu xalqın düşmənidirlər, yoxsa kimdirlər, başa düşə bilmirəm. Biri deyir Babək tarixi şəxsiyyət deyil, Azərbaycana aidiyyatı yoxdur. Digəri deyir Azərbaycanda tarixi şəxsiyyət yoxdur. Yalançının atabaatasına lənət, əgər Şah İsmayıl fars dövlətinin hökmdarı olubsa. Səfəvilər dövlətini dünyanın böyük dövlətləri qəbul edib. Ulu Öndər boş yerdən bizi tələsdirmirdi ki, Şah İsmayıl filmini çəkib dünyaya təqdim edək. Bu beş yüz illik bir tarixdir. İki yüz otuz il bu dövlət yaşayıb və dünyada bu qədər ömrü olan dövlət yoxdur. Bunların başqa işi və sənəti yoxdur?! Muzeyin direktoru Nailə Vəlixanlı buna etiraz edən jurnalisti də muzeydən uzaqlaşdırıb. Bunlar əlimizdə iki-üç müqəddəs insanlarımız var, onları ləkələməklə məşğuldurlar. Niyə bunların südü-qanı yoxlanılmır?! 
 
 
Şeyx Əbdül Şah İsmayılın heykəlinin da yanlış yerdə qoyulduğunu deyib:
 
“Xətainin heykəlini götürüb doğum evinin qarşısında blokadaya salıblar. O vaxtı dedim ki, 20 Yanvarda onun böyük heykəlin qoyaq, amma bunu etmədilər. İndi 20 yanvarı bazar ediblər, ordan it iyi gəlir. Kim mənim tariximə, dövlətimə, müstəqilliyimə təcavüz etsə, onun atabaatasına lənət. Kim bunu etsə, onsuz da qarşısında bizi görəcək. Üç and yerim var: xalqım, müsətqilliyim və Ulu Əmr Teymurun ruhudur. Gəlin vətənimizə sahib çıxaq. Nə vaxta qədər südü-qanı bizdən olmayanlar Azərbaycanı çapıb-talayacaqlar?”.
 
Advertisement Banner

Şərhlər