Gənclər müddətli həqiqi hərbi xidmətə yola düşürlər - FOTOLAR

Reaksiya.az xəbər verir ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 may 2018-ci il tarixli 149 nömrəli Sərəncamının icrası ilə əlaqədar respublikamızın şəhər və rayonlarında çağırışçıların təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimləri başlanılmışdır.  

2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983–1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2018-ci il iyulun 1-dən 30-dək hərb elminə dərindən yiyələnmək, Vətənin müdafiəsi kimi şərəfli borclarını yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yola düşürlər. Respublikamızın şəhər və rayonlarında təntənəli yolasalma tədbirləri keçirilir. Tədbirlərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin şəxsi heyəti, şəhid ailələrinin nümayəndələri, müharibə veteranları, ictimaiyyət nümayəndələri, çağırışçılar və onların valideynləri iştirak edirlər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi ilə əlaqədar keçirilmiş paradın qürur dolu təəssüratları altında xalqımız gənclərimizi böyük iftixarla həqiqi hərbi xidmətə yola salır. Çağırışçılar və valideynlərin üzlərindəki təbəssüm, bayram əhval-ruhiyyəsi, qürur hissi Silahlı Qüvvələrimizə olan sevginin, inamın ifadəsidir.  

Mərasimlərdə çıxış edənlər hərbi xidmətə yola düşən gənclərə vətən qarşısında müqəddəs vəzifələrini layiqincə icra etməyi arzulayırlar.

Reaksiya.az

 
Advertisement Banner

Şərhlər