BNA sərnişinlərə su payladı

04.07.2018 14:10     Sosreaksiya     896

Bakı Nəqliyyat Agentliyi isti hava şəraitində dayanacaqlarda avtobus gözləyən şəxslərə pulsuz su paylayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb:

“Sərnişinlərin anomal isti hava şəraitində dayanacaqlarda gözləməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif metrostansiyaların ətrafında və Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərə su paylanılması təşkil edilib”.

 

Reaksiya.az

Şərhlər