Gəncədə hazırda vəziyyət necədir? – Rəsmi

Hazırda Gəncədə həyat öz axarı ilə davam edir. Şəhərdə asayiş tam bərpa olunub.

Bu sözləri Reaksra.az-a Gəncə Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən bildiriblər.

İcra Hakimiyyətindən Gəncədə baş verən dünənki olayla bağlı iclas keçirilməsi barədə suala da aydınlıq gətirilib:

“İcra Hakimiyyətində iş gününün əvvəlində bütün şöbələr üzrə iclas keçirilir. Bu gün də ənənəvi iclas keçirilib. Gündəlik görüləcək işlərlə bağlı müzakirə aparılır”.

Qeyd edək ki, ötən gün saat 20 radələrində bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, asayişi pozmağa cəhd göstərib.

Bu zaman xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər