Qriqoryanlar Ermənistandan qaçdılar

11.07.2018 12:34     Sosreaksiya     1223

Bir müddət əvvəl həbs edilən erməni general və deputat Manvel Qriqoryanın ailəsi Ermənistanı tərk edib.

Reaksiya.az xəbər verir ki, “Joxovurd” qəzeti Qriqoryan ailəsinin Soçidə məskunlaşdığını yazıb.

“Ölkədə insanların Qriqoryanlara qarşı qəzəbi bitmək bilmir. Qriqoryanlar qisasdan qorxaraq, övladlarının təhlükəsizliyini təmin etmək üçün ölkədən qaçıblar”, - xəbərda bildirilib.

Reaksiya.az

Şərhlər