“Ginnesin Rekordlar Kitabı”na düşəcək oğruluq: 30 saniyə ərzində… - VİDEO/FOTO

11.07.2018 13:22     Sosreaksiya     1339

ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində naməlum şəxslər “Apple” mağazasını soyublar.

Hadisə şəhərin ticarət mərkəzlərindən birində baş verib və təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Dörd oğlana mağazadan 27 min dollarlıq məhsulu çıxartmaq üçün təxminən 30 saniyə lazım olub. Şirkətin 26 məhsulu oğurlanıb.

Mağazanın əməkdaşları cavan insanlara mane olmağa çalışsalar da, buna nail olmayıblar.

Hazırda hüquq-mühafizə orqanları dörd soyğunçunu və onların mümkün cinayət yoldaşlarını axtarırlar. Söhbət təxminən 16-18 yaşlarında olan afroamerikalılardan gedir

publika

 

Şərhlər