Torpaq uğrunda ölən varsa vətəndir

11.07.2018 20:07     Sosreaksiya     1407

"Müharibə Veteranı Qadınlarına Sosial Yardım" ictimai birliyindən redaksiyamızın e-poçt ünvanına müraciət daxil olub. Mətni olduğu kimi təqdim edirik.

Artıq ənənə şəklini alıb, Azərbaycan və Türkiyə prezidentlərinin görüşləri zamanı təxribat törədilməsi. Gəncədə baş verən qarşıdurma da buna bir sübutdur.  2016, 2017, 2018-ci illərdə belə təxribat və terror hadisələri dəfələrlə gah Türkiyədə gah Azərbaycanda törədilir.   Bu qəbildən olan Gəncə hadisələrinin  yəni baş verən qarçıdurmanın, terrorun acı nəticəsindən təəssüflənir, xalqımızı ayıq olmağa səsləyirik!!!

 Bizim düşmənimiz ermənidir. Ölkə daxilində bacı-qardaşlarımızdan özümüzə düşmən axtarmayaq. Din pərdəsi arxasında dövlətimizin dayaqlarını sarsıtmağı düşünməyin. Bu ən azından vətəndaş itaətsizliyidir. Azərbaycan Respubliksının Prezidenti bu hadisələri diqqətdə saxlayır. Hesab edirik ki, Ölkə prezidentinin sərəncamı ilə, istər günahı olan məmurlar istərsədə qarşıdurma yaratmağa maraqlı olan digər insanlar cəzalarını alacaqlar.  Gəncədə polislərin insanların yanına gələrək onlarla söhbət etmək istədikləri anda,  heç bir qarşıdurma və ya ixtişaş olmadan yüksək rütbəli Dövlət məmurunun qətlə yetirilməsi xarici kəşfiyyatın əlinin ökə daxilində çox uzun olmasının  nəticəsidir. Bu acını mənimdə sülaləm 1992-ci ildə yaşadı. Ölkənin yüksək rütbəli zabitini gülləyən caniləri Leyla Yunus və Arzu Abdullayeva cütlükləri siyasi məhbus siyahısına salaraq azad etdimək istəyirdilər Biz vaxtında xəbər tutuduq.  İnanın ki Gəncə hadisələrinin belə gizli ajanları var. Dini sektaların Ölkə daxilində olan fəaliyyətlərinin yenidən araşdırılması, hacı talehlərin və əlaltılarının Azərbaycanda fəaliyyətinə birdəfəlik son qoyulması günün vacib, həllini gözləyən problemidir.  Gənc nəslin təhsildən uzaqlaşdırılaraq müxtəlif uydurma dini ayinlərə cəlb edilməsi ölkədə cəhillik nəticəsində xaosun inkişafına xidmət edir.  İran cəsuslarının Azərbaycanda müxtəlif adlar altında fəaliyətinin ləğv edimləsi bu problemin qisməndə olsa yüngülləşməsinə köməklik edəcəkdir. Bizlərdə  müharibə veteran analar olaraq Sizdən xahiş edirik bu qarşıdurmanın acı nəticələrinin qarşısını almaq üçün dövlətmizə dəstək olaq. Din pərdəsi altında müxtəif şüarlar səsləndirənlərin fətvasina uyub dövlətçiliyimizi təhlükə qarşısında qomayaq. Bizim işğal altında olan vətən torpaqlarımız bizim Qarabağa gedəcəyimizi  günü  gözləyir. Şəhidlərmizin ruhunu incitməyin.  Onlar Qarabağın azadlığı uğrunda canlarını qurban verdilər. Vətən oğulları bizlərin vətəndaş müharibəsinə zəmin yaratmağmız üçün şəhid olmadılar.  Qarabağın azad edilməsi üçün  görülən son tədbirlərin narahat etdiyi erməni, rus və fars ajanlarının yoluna işıq olmayın əzizlərim.  Unutmayaq ki, düşmənlərimizin vətənimizə qarşı hazırladıqları məkirli planların həyata keçməsinə xidmət etməməliyik.  Bilirsiniz ki, həmişə bizə qarşı təxribatlar hazırlanır. Allah xatirinə VƏTƏNİ heç kimə satmayaq, dəyişməyək. Şəhidlərin ruhu bizi bağışlamaz. Kim din dövlətində yaşamaq istəyirsə getsin dini qanunlarla yaşayan ölkələrdə yaşasın. Yolu açıq olsun, sağ salamat olsun.

Vətən üçün canından keçməyə hazır olanlarımız VƏTƏN SİZLƏRƏ ƏMANƏTDİR.

 Gəncə hadisələrində şəhid olan polislərimizin ailələrinə və bütün Azərbaycan polisinə başımız sağ olsun deyirəm. Təki vətən yaşasın!!! Uca tanrı şəhidlərimizin ruhunu şad eyləsin.

 Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri, müharibə veteran Radə Abbas

 

Şərhlər