"Sahibkar olmaq istəyirəm" adlı tədbir keçirildi

13.07.2018 15:36     Sosreaksiya     679

“Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sahibkar olmaq istəyirəm ” mövzusunda təlimlərin təşkili adlı layihə həyata keçirir. Layihənin əsas məqsədi sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün maarifləndirmə işinin təşkil edilməsindən ibarətdir. Layihə çərçivəsində ikinci tədbir İsmayıllı rayonunda baş tutmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev, ekspert Rəşad Nəbiyev və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin nümayəndəsi qonaqları salamlayaraq bu sahədə rayonda görülən işlər barədə ətraflı məlumat vermişdir. Daha sonra birliyin sədri iştirakçıları təşkilatın yaranma tarixi, gördüyü işlər və layihə haqqında məlumatlandırmışdır. Layihəyə cəlb olunmuş ekspert isə gənclərə sahibkarlığa başlamağın yolları, müraciət qaydaları və digər məsələlər barədə geniş çıxış etmişdir.. Müzakirə formasında davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır. Tədbirin sonunda daha çox gəncin maariflənməsi üçün bukletlər paylanılmışdır. Məlumat üçün bildirək ki, layihə çərçivəsində ilk tədbir Oğuz rayonunda keçirilmiş növbəti tədbirlərin isə Şirvan şəhəri və Xaçmaz rayonunda həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Şərhlər