4 yaşlı qızın dərisi oyun parkında tamamilə yandı - DƏHŞƏT...

18.07.2018 17:22     Sosreaksiya     850

İngiltərdə 4 yaşlı qızını oyun parkına aparan ana dəhşətli anlar yaşayıb. Kiçik qızın qışqırmasından sonra yanına qaçan qadın sürüşkəndə olan qızının dərisinin tamamilə yandığını görəndə böyük şok yaşayıb.
 
Reaksiya.az xəbər verir ki, sürüşkən istinin təsirindən çox qızıb və  uşağın bədənində yüksək temperaturdan yaranan yaralar əmələ gəlib.
 
Hadisə baş verdikdən sonra rəsmilər sürüşkənin temperaturunu ölçüblər və temperaturun 68 dərəcəyə qədər qalxdığını bildiriblər. 
 
Bütün uşaqlar oynadığı üçün belə bir şeyin olacağını ağlına gətirmədiyini deyən gənc ana qızının fotoşəkillərini sosial mediada paylaşaraq valideynlərə xəbərdarlıq edib.
 

Şərhlər