Bahar Muradova "əhali kasıb yaşasın" deyib? - VİDEO

19.07.2018 18:11     Sosreaksiya     1168

Bu cür əsassız və heç bir sübutu olmayan yalan informasiyalara inanmaq lazım deyil.

Reaksiya.az xəbər verir ki, bu sözləri Bahar Muradovanın köməkçisi Elman Aslanov Modern.az-a açıqlamasında deyib. O bildirib ki, sözügedən məsələ ilə bağlı 2 il bundan öncə bəzi bədxahlar tərəfindən yayılmış informasiyanın şər və böhtana bağlı olduğu, cəmiyyətdə ajiotaj yaratmaq və gözdən salma məqsədi daşıdığı sübuta yetirilib:

“2016-cı ilin dekabr ayında keçirilən büdcə müzakirələri zamanı nəinki Bahar xanım, həmin iclaslarda iştirak edən heç bir dövlət nümayəndəsi bu cür fikir səsləndirməyib. Bunu açıq-aydın iclasların bütöv şəkildə Yutub səhifəsinə yerləşdirdiyimiz videolarında da görə bilərsiniz. Ortadakı şübhələri və qərəzi aradan qaldırmaq üçün məsələyə həssas yanaşan hər kəsi həmin materiallara baxmağa dəvət edirəm”.

Qeyd edək ki, iki gündür sosial şəbəkələrdə Milli Məclisin sədr müavini Bahar Muradovanın guya “Əhali yoxsul yaşamağa öyrəşsin” dediyi barədə yalan məlumat yayılıb.

Reaksiya.az

Şərhlər