Tankçılarımız Moskvaya getdi

20.07.2018 12:12     Sosreaksiya     750

Beynəlxalq Ordu Oyunları - 2018 yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüb.

Bu barədə Reaksiya.az Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Rusiyanın Alabino hərbi poliqonunda üç mərhələdə keçiriləcək “Tank biatlonu” müsabiqəsində 31 ölkədən komanda iştirak edəcək.

Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək.

Reaksiya.az

Şərhlər