Prokuror gəlinini güllələyən şəxsin 18 il azadlıqdan məhrum edilməsini istəyib

20.07.2018 12:59     Sosreaksiya     712

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, S. Məmmədovun 18 il müddətinə azadlıqda məhrum edilməsini istəyib.

Xatırladaq ki, qətl hadisəsi ötən il baş verib. 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu gəlinini qətlə yetirib. Seyidmalik Məmmədov polisə özü təslim olub. İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində tüfənglə vuraraq öldürüb.

Reaksiya.az

Şərhlər