Moskvadan Bakıya gələn avtobus qəzaya uğradı: - Yaralılar var

20.07.2018 13:10     Sosreaksiya     896

Moskvadan Bakıya doğru hərəkət edən avtobus Stavropolda qəzaya uğrayıb. 

Bununla bağlı regionun Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinin rəhbəri Oleq Deqtyaryev məlumat verib. 

“Yerli vaxtla 09:00-da “Qafqaz” magistralının 348-ci kilometrində Moskva-Bakı marşrutu ilə hərəkət edən “Mersedes” markalı mikroavtobus “Ford” və “Lada” avtomobili ilə toqquşub”, - xidmət rəhbəri deyib. 

O bildirib ki, hadisədən sonra içərisində iki sürücü və doqquz sərnişin olan avtobus aşıb. 

Hadisə zamanı 12 nəfər xəsarət alıb. Bunlar “Ford”un sürücüsü və avtobusdakı 11 nəfər, o cümlədən üç uşaqdır. 

Yaralılardan yeddisi Pyatiqorsk xəstəxanasına, qalan beş nəfər isə Mineqralovodsk xəstəxanasına yerləşdirilib. 

 

Şərhlər

Çox oxunanlar