“Bu qarşıdurma yarada bilər” - Azərbaycanlıları təhqir edən nazirə xəbərdarlıq

21.07.2018 12:58     Sosreaksiya     762

Güney Azərbaycanda İranın təhsil müəssisələrində qeyri-fars dillərinin qadağan edilməsinə olan etirazlar davam edir.

Teleqraf.com xəbər verir ki, İran parlamentinin azərbaycanlı deputatı Məsud Pezeşkiyan bu barədə İran təhsil naziri Məhəmməd Bəhayinin səsləndirdiyi fikirləri pisləyib.

O, bu qərarın İran Konstitusiyasının 15-ci maddəsinə zidd olduğunu bildirib:

“Ölkə konstitusiyasının 15-ci maddəsinə görə, təhsil müəssisələrində digər dillərin də tədris edilməsinə icazə var. Buna görə də, digər dillər də orta məktəb və universitetlərdə tədris olunmalıdır, əks halda ölkə daxilində qarşıdurma yarana bilər. Mən özüm parlament sədrinin müavini kimi bu məsələni gündəmdə saxlamağa çalışacam”.

M.Pezeşkiyanın sözlərinə görə, bu məsələdə hər kəsin öz ağlına görə fikir irəli sürməsi doğru deyil: “Hamı qanuna riayət etməlidir. Qanunun icrasını tələb edənlər də pantürkizmdə ittiham olunmamalıdır”.

Qeyd edək ki, təhsil naziri qeyri-fars dillərin İran üçün təhlükə olduğunu əsas gətirərək, təhsil müəssisələrində tədrisinin qadağan olunduğunu bildirib.

Reaksiya.az

 

Şərhlər