Bakıda qayını tərəfindən güllələnən şəxs məhkəmədə dindirilib

26.07.2018 14:38     Sosreaksiya     670

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Tural Tarverdiyevin cinayət işi üzrə məhkəmə iclası davan etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Anar Rəsulov ifadə verib.

O, təqsirləndirilən şəxsin yeznəsi olduğunu bildirib.

Məhkəmədə məlum olub ki, A.Rəsulov həyat yoldaşı ilə boşanma üzrədir.

A.Rəsulov deyib ki, gecə evdə yatan zaman çöldən atəş səsi gəlib: "Tural mətbəxtin pəncərəsinə də güllə atdı. Şüşələrin qırıntısı əlimə dəyib, cızdı. O, mənim hansı otaqda yatdığımı bilirdi. İstəsəydi içəri də girərdi, lakin onun məni öldürmək niyyəti olmayıb".

O, T.Tarverdiyevlə barışdığını, heç bir şikayət və tələbinin olmadığını söyləyib

Məhkəmənin növbəti iclası avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə ötən ilin dekabr ayında Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Tufan oğlu Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. O, həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib. Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

T.Tarverdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, T.Tarverdiyev Cinayət Məcəlləsinin 29.120-cü (adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham olunur.(report)

Reaksiya.az

Şərhlər