Metro rəsmisi: - MDB məkanında ən ucuz qiymət Azərbaycandadır

31.07.2018 13:26     Sosreaksiya     901

Bir sərnişin daşınması 47 qəpiyə başa gəlir. 

Reaksiya.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu rəqəm MDB ölkələrində ən aşağı rəqəmdi: 

“Metroda gediş haqqı Kievdə 47-50 qəpik, Belarusda isə 55 qəpikdir. Rusiyada isə dəfələrlə bahadır”.

Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda da MDB məkanında ən ucuz qiymət Azərbaycandadır.

Reaksiya.az

Şərhlər