Ərəb turistləri kimlər əvəz edəcək?

02.08.2018 12:56     Sosreaksiya     817

Azərbaycanın gözəlliyi dillərə dastandır. Elə bu gözəlliyi görmək üçün ölkəmizə kifayət qədər turist üz tutur. 

Doğma diyarımız qitənin hər bir yerindən gələn insanları qəbul etmək gücündədir. Buna başlıca səbəb insanlarımızın qonaqpərvərliyidir. 

Qonaqpərvər xalqımıza da “Hansı ölkələrdən Azərbaycana turistlərin gəlməsini istəyərdiniz?” sualını verdikdə maraqlı cavablar aldıq. Bəziləri keçmiş xatirələrini yada saldı, bəziləri isə gələcək arzularını dilə gətirdi.

Ekspertlərimiz ölkəmizə son zamanlar gələn turistlərin daha çox Rusiyadan və ərəb ölkələrindən olduqlarını deyir.

Azərbaycan Turizm Assosiayasının sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, İndoneziya, Çin və Hindistan kimi ölkələrin də Azərbaycana xüsusi marağı var.

Ölkə vətəndaşlarının istirahət üçün daha çox Türkiyə və Rusiya kimi ölkələrə üz tutduğunu deyən Müzəffər Ağakərimov bildirib ki, bu, daha çox dil probleminin olmamasına görədir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar