Bakı-Sumqayıt yolunun bu hissəsi bağlanır

06.08.2018 12:08     Sosreaksiya     695

Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində avtomobil qəzası baş vermiş, bu səbəbdən də ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  Reaksiya.az-a verilən məlumata görə, bu məqsədlə saat 11:00- dan başlayaraq yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Yolun iş gedən zolaqları həm Sumqayıt, həm də Bakı şəhəri istiqamətində tam məhdudlaşdırılacaq. Digər zolaqlarda hərəkət davam edəcək. İşlər təxminən 3-4 saat müddətinə yekunlaşacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Reaksiya.az

Şərhlər