Hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçiriləcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, avqustun 12-də bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Bu barədə Reaksiya.az - a  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq və mədəni-kütləvi tədbirlər keçiriləcək.

Reaksiya.az

Advertisement Banner

Şərhlər