İKİ GÜN ƏRZİNDƏ 220 CİNAYƏT FAKTI QEYDƏ ALINIB, ONLARIN DA 48-İ “İSTİ İZLƏR”LƏ AÇILIB

06.08.2018 12:39     Sosreaksiya     695

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) 2018-ci il avqust ayının 4-dən 6-dək daxili işlər orqanlarında
qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb. 
 
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 220 cinayət faktı qeydə alınıb, onların da 48-i "isti izlər”lə açılıb. 
 
Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 25 nəfər xəsarət alıb. 
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
 

Şərhlər