Vətəndaş dövlət komitəsinin binasında intiharla təhdid edir

13.08.2018 14:50     Sosreaksiya     688

Bir nəfər köçkün Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin binasının yuxarı mərtəbəsinin açıq pəncəsərinsə çıxaraq özünü aşağı atmaqla hədələyib.

Bu barədə Musavat.com-a hadisə şahidlərindən biri məlumat verib. 

Onun sözlərinə görə, adamın şikayəti komitədə üzləşdiyi süründürməçiliklə bağlıdır. O, dövlət komitəsinin Sənan adlı əməkdaşının hərəkətlərindən, konkret olaraq onu aylardır xırda bir işdən ötrü süründürdüyündə narazılığını dilə gətirib.

Aldığımız məlumata görə, hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub və adı-soyadı hələlik bilinməyən vətəndaşı fikrindən daşındırmağa çalışır, dilə tuturlar.

(Şəkil hadisə yerində çəkilib).

Reaksiya.az

Şərhlər