Bərdədə 78 yaşlı qadın intihar etdi

13.08.2018 15:11     Sosreaksiya     744

Bərdə rayonunda 78 yaşlı qadın intihar edib.

Reaksiya.az Report-a istinadən bildirir ki, hadisə rayonun Gərənə kəndi ərazisində yerləşən məcburi köçkün şəhərciyində baş verib.

Belə ki, Xocalı rayonundan olan məcburi köçkün, 1940-cı il təvəllüdlü Məmləkət Fərman qızı Ramazanova özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

Qadının nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar